Prezidentin qızına 1 milyarda yaxın rüşvət ittihamı – Son xəbər

9-03-2019, 12:15           
Prezidentin qızına 1 milyarda yaxın rüşvət ittihamı – Son xəbər
Özbəkistanın mərhum dövlət başçısı İslam Kərimovun qızı, hazırda həbsdə olan Gülnarə Kərimova üç beynəlxalq telekommunikasiya şirkətinə lisenziya verilməsi üçün 865 milyon dollar rüşvət almaqda ittiham olunur.

Teleqraf.com xəbər verir ki, onun telefon şirkətinin rəhbəri Bekhzod Əhmədovla birlikdə Rusiyanın MTS və Vimpel Com şirkəti ilə İsveçin Telia Şirkətindən 2001-2012-ci illərdə rüşvət tələb etdiyi iddia olunur.

Prezidentin qızı bu şirkətlərin Özbəkistanda fəaliyyət göstərməsi üçün nüfuzundan istifadə edəcəyi vədi verib. Onun bu pulları ABŞ vasitəsi ilə aldığı söylənilir.

ABŞ Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar Bürosu Rusiyanın MTS şirkətinin Özbəkistandakı rüşvətlə bağlı ABŞ-a 850 milyon dollar maliyyə cəzası ödəməyi qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən həbsdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru