Bu, Venesuelanın iqtisadiyyatını çökdürəcək - Rubio
9-03-2019, 12:45
Venesuelada elektrik verilişinin dayandırılması bu ölkənin iqtisadiyyatına böyük zərbə vuracaq.
Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində amerikalı senator Mark Rubio paylaşıb. O bu insident sayəsində ölkənin alüminium istehsalının tam dayandığını bildirib.
Qeyd edək ki, bundan öncə Venesuelada elektrik verilişi ölkənin 23 ştatından 20-də dayanıb. Venesuela rəsmiləri elektrik kəsintisinə səbəbin ABŞ olduğunu iddia ediblər.