Hava limanından partlayıcı qurğu keçirməyə cəhd edən ABŞ səfirliyinin əməkdaşı Rusiyada saxlanılıb 9-03-2019, 19:30 ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Moskvanın “Şeremetevo” hava limanından partlayıcı qurğu keçirməyə cəhd edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin əməkdaşın hərəkətləri təxribat cəhdi kimi qiymətləndirilməlidir. Nazirlikdən ABŞ səfirliyini xəbərdar etdiklərini, hadisə ilə bağlı izahat gözlədiklərini də qeyd ediblər.Avropa.info Facebook-da paylaş