Casusluqda şübhələnən Çin şirkəti ABŞ hökumətini Birləşmiş Ştatların məhkəməsinə şikayət edib

10-03-2019, 17:28           
Casusluqda şübhələnən Çin şirkəti ABŞ hökumətini Birləşmiş Ştatların məhkəməsinə şikayət edib
Çinin nəhəng telekommunikasiya şirkətlərindən sayılan “Huawei” ABŞ hökumətinin qərarından Texasda yerləşən federal məhkəməyə şikayət verib.

Çinlilər hesab edir ki, Konqres Birləşmiş Ştatların dövlət strukturlarına “Huawei” ilə saziş bağlamağı qadağan etməklə ölkə konstitusiyasını pozmuş olub.

Şirkət məhkəmə qərarı və təhqiqat aparılmadan belə bir aktın qəbul olunmasını öz hüquqlarının tapdalanması olaraq təqdim edib.

“Kommersant” qəzetinin məlumatına görə 54 səhifəlik məhkəmə iddia ərizəsi Texas ştatının Şərq dairəsinin məhkəməsinə verilib.

Qeyd olunur ki, “Huawei” şirkətinin ABŞ-dakı mərkəzi qərargahı da məhz bu ştatın ərazisində yerləşir. Sənəddə ABŞ-ın qurucu atalarının o cümlədən Aleksandr Hamilton və Ceyms Medissondan bol-bol sitatlar gətirilib.

“Huawei” hesab edir ki, keçən il Konqres tərəfindən onların və Çinin digər telekommunikaisya firması “ZTE”nin ABŞ-ın Milli müdafiəsi haqqında qanunun (National Defense Authorization Act) icra bölümünə daxil edilməsi qanunverici orqanın öz səlahiyyəltərini aşması deməkdir. Onlar buna görə Aleksandr Hamiltonun “qanunverici orqan hər hansı məhkəmə və təhqiqat olmadan sanksiya tətbiq etdiyi halda insan özünü təhlükəsiz hiss edə bilməz və günahsız qurbana çevrilə bilər”,-deyə cümləsinə istinad ediblər.

Bundan başqa Huawei vəkilləri ABŞ Konqresinin Konstitusiyanın “heç kim həyatından, azadlıqdan və əmlakından müvafiq prosedur olmadan məhrum edilə bilməz”deyə cümlənin yer aldığı 5-ci düzəlişinin pozduğunu iddia ediblər.

Qeyd olunur ki, ABŞ Administrasiyası Çinin “Huawei” və “ZTE” şirkətlərini məhsullarında casus texnologiyalarıın quraşdıraraq elektron müdaxilə həyata keçirməkdə ittiham edir. Birləşmiş Ştatlar hökumətinin fikrincə bununla bəhs olunan firmalar Çin xüsusi xidmət orqanlarının Qərb ölklərindəki kəşfiyyat fəaliyyətinə yardım göstərirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.