«Maduro Quaydonu həbs etmək barədə qərar verməkdən qorxur» – BOLTON

11-03-2019, 07:41           
«Maduro Quaydonu həbs etmək barədə qərar verməkdən qorxur» – BOLTON
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amierika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hesab edir ki, Venesuelanın prezidenti Nikolas Maduro müxalifət lidei Xuan Quaydonun həbs edilməsi barədə qərar verməkdən qorxur, çünki onun bu əmrini sadəcə, yerinə yetirməyə bilərlər.

Ağ Evin nümayəndəsi bu fikri «ABC» teleşirkətinə verdiyi müsahibədə səsləndirib.

«Mən, hesab edirəm ki, hazırda hərəkətverici qüvvə Quaydonun tərəfindədir» – deyə, Bolton qeyd edib və diqqəti buna yönəldib ki, Venesuela hakimiyyəti müxalifətçinin və onun tərəfdarlarının həbsinə cəsarət etmir.

«Bunun bir səbəbi də ondan ibarətdir ki, Maduro bu barədə uyğun əmr verməyə qorxur, çünki ona tabe olmaya bilərlər» – deyə, Bolton bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru