Yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq

11-03-2019, 09:28           
Yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq
ABŞ-da Yaponiyanın “Mitsubishi Regional Jet” (MRJ) yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Sınaqlar Yaponiyanın “Mitsubishi Aircraft” şirkətinin Vaşınqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki “MRJ” təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.

Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.

“MRJ” son 50 ildən çox müddət ərzində yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq. Onun uçuş məsafəsinin 1,5 min kilometrdən 3,5 min kilometrədək təşkil edəcəyi bildirilir. Həmçinin bu təyyarələr modelindən asılı olaraq göyərtəsinə 90-dək sərnişin qəbul edəcək.
businessinsider.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru