Litva da “Brexit”ə hazırlaşır- Nazirdən açıqlama

14-03-2019, 07:08           
Litva da “Brexit”ə hazırlaşır- Nazirdən açıqlama
Litvanın xarici işlər naziri Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxması tarixinin dəyişdirilməsinin hüquqi münaqişə yaradacağını deyib: “Bu müddətin uzadılması Avropa Parlamentinə seçkilər zamanı qarışıqlığa və fikir ayrılığına gətirib çıxaracaq. Əgər “Brexit” mayın 23-nə qalsa, bunun qorxusu yoxdur, amma vaxtın daha da uzadılması hüquqi münaqişələrə səbəb olacaq”, – deyə xarici işlər naziri bildirib.

Azərtac xəbər verir ki, Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının razılaşdırılmadan da ola biləcəyi ehtimalını irəli sürüb. Bu isə bir çox ölkələri pis vəziyyətdə qoya bilər. Litva bu halda hər şeyə hazır olmaq məcburiyyətindədir.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin planlaşdırılmış tarixi martın 29-da, Avropa Parlamentinə seçkilər isə mayın 12-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru