NASA açıqladı: Marsa ilk olaraq qadın gedəcək

14-03-2019, 07:30           
NASA açıqladı: Marsa ilk olaraq qadın gedəcək
Marsa ilk ayaq basan insan qadın ola bilər.

Milli.Az xəbər verir ki, bunu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) açıqlayıb.

NASA prezidenti Ceyms Bridenştin qonaq olduğu bir radio verilişində bu barədə danışıb. O bildirib ki, həmin insanın kimliyi hələ dəqiqləşməyib, amma proqramda qadınlara üstünlük veriləcək.

Qeyd edək ki, NASA bu ayın sonunda ilk dəfə bir qadına kosmosa səfər şansı tanımağa hazırlaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.