Zuzana Çaputova Slovakiyada prezident seçkilərinin I turunda qalib olub

17-03-2019, 08:52           
Zuzana Çaputova Slovakiyada prezident seçkilərinin I turunda qalib olub
Vəkil Zuzana Çaputova Slovakiyada keçirilən prezident seçkilərinin birinci turunda nəticələrə əsasən rəqiblərini üstələyib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Statistika İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, o, seçki məntəqələrinin 22 faizinin nəticələrinin toplanmasına əsasən 38,9% seçici səsi ilə lider olub.

Nəticələrə görə, siyahıda ikinci yerdə Avropa Komissiyası rəhbərinin müavini Maroş Şevçoviç qərarlaşıb. O, 18,9% seçici səsi toplayıb. Digər namizəd Stefan Qarabin rəqibləri arasında üçüncü yer tutub. Ali Məhkəmənin sabiq rəhbəri 14,5% səs qazanıb.

Qeyd edək ki, martın 16-da Slovakiyada prezident seçkilərinin birinci turu keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 07:00-də açılıb və 22:00-a qədər fəaliyyət göstərib.

Qeyd edək ki, Slovakiya Azərbaycanda səfirlik açacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru