Yaponiya Vladivostoku vura biləcək raket yaradır – Sülh müqaviləsi alınmadı

19-03-2019, 07:49           
Yaponiya Vladivostoku vura biləcək raket yaradır – Sülh müqaviləsi alınmadı
Yaponiyanın 2020-ci il üçün müdafiə büdcəsinə uçuş məsafəsi 400 kilometr olan qanadlı raketlərin işlənib-hazırlanmasına yönəlik vəsaitin daxil edilməsi nəzərdə tutulub. Belə raketlər Rusiyanın Saxalin və Vladivostok bölgələrini vurmaq qabiliyyətində olacaq.

«Yomiuri» qəzeti xəbər verir ki, raket 2017-ci ildə işlənmiş «hava-yer» tipli ASM3 raketlərinin bazasında yaradılacaq. Müdafiə nazirliyi raketin sürət xarakteristikasını və uçuş məsafəsini iki dəfə artırmağa ümid edir.
Beləliklə, ölkənin hərbi-hava qüvvələrinin (HHQ) qırıcıları rəqibin RƏM sisteminin əhatə dairəsindən kənarda yerləşən və Yaponiya ərazisinə təhlükə təşkil edən obyektlərinə, o cümlədən, düşmən gəmilərinə, hücum imkanı əldə edəcək.

Hava bazalı yeni raketlər sürəti 100 kilometrlik radiusda 3 Max ədədinə barəbər həddə qədər artıra biləcək. Bu, ölkənin ilk uyğun planıdır.

Görünür, Rusiya ilə Kuril adaları və sülh müqaviləsi məsələlərinin yoluna qoyulmasına ümidlərini itirən Yaponiya, hərbi-texniki gücünü artırmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru