İtaliyanın əyalət parlamenti “erməni soyqırımı”nı tanıdı
19-03-2019, 18:35
İtaliyanın Latsio əyalətinin parlamenti saxta “erməni soyqırımı”nı tanıyan qətnaməni yekdilliklə qəbul edib. Azvision.az xəbər verir ki, bu barədə Romadakı erməni icmasından “Ayern aysor”a bildirilib.
Qeyd olunub ki, Latsio parlamenti 1915-ci ildə baş verənlərin “tarixi reallıq” olduğunu təsdiqləyib. Bununla da, Latsio İtaliyanın qondarma “erməni soyqırımı”nı tanıyan sayca 136-cı əyaləti olub.