PKK tərəfdarları Almaniyanın dövlət televiziyasının binasına hücum edib

21-03-2019, 10:46           
PKK tərəfdarları Almaniyanın dövlət televiziyasının binasına hücum edib
Almaniyada fəaliyəti və təbliğatı qadağan olunan PKK terror təşkilatının dəstəkçiləri Kölndə etiraz aksiyası keçirib. AzEuroNews.com xəbər verir ki, polis aksiyaya icazə vermədiyindən qarşıdurma meydana gəlib.

İştirakçılar israrla şəhər vağzalı qarşısına yığışaraq aksiya keçirmək istədiklərini bildiriblər. Aksiyaya icazə verməyən Köln Polis Təşkilatının əməkdaşları isə iştirakçılara dağlışmalarını tövsiyyə edib. Dağlışmayan PKK tərəfdarlarına polis müdaxilə edib. Bu zaman polisdən qaçan bir qrup Almaniyanın dövlət televiziyası ARD /ZDF-in binasına hücum edib.

Binaya girmək istəyən aksiya iştirakçılarına polis müdaxilə edib. Toqquşma zamanı 2 polis əməkdaşı yaralanıb, onlarla aksiya iştirakçısı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru