Amerikalı general Ben Hoces: "Ruslar Odessaya qədər gedə bilər..."

26-03-2019, 00:00           
Amerikalı general Ben Hoces: "Ruslar Odessaya qədər gedə bilər..."
ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, dördulduzlu general Ben Hoces narahatdır ki, Rusiya Krımın ilhaqı ilə kifayətlənməyib Odessaya qədər gedə bilər.

Virtualaz.org xəbər verir ki, general bu haqda "Apostrof" adlı Ukrayna portalına müsahibəsində danışıb.
Krımın Rusiya tərəfindəm militarizasiyanın nə dərəcədə təhlükəli olduğu haqda suala Ben Hoces belə cavab verib:

-Çox təhlükəlidir, çünki bu birincisi onu göstərir ki, onlar Krımı Ukraynaya qaytarmaq niyyətində deyillər. Faktiki olaraq onlar dünyanın qalan hissəsinə deyirlər: "Bizi beynəlxalq hüquq maraqlandırmır, sizin nə dediyiniz vecimizə deyil". Ona görə də Rusiyanın elədiklərinə diqqətlə baxmaq və diqqətlə dinləmək lazımdır.

İkincisi, onlar üç Ukrayna hərbi gəmisinə hücum ediblər və dənizçiləri girov götürüblər. Deməli əgər həmin sularda kimsə yenə görünsə onlar yenə gücdən istifadə etmək istəyəcəklər. Əgər onlar hesab etsələr ki, Qərb heç nə edən deyil, o zaman fikrimcə belə real təhlükə var ki, ruslar Odessaya güclü təzyiq edəcəklər və daha sonra Rumıniya istiqamətində irəliləyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru