Rusiya bu vaxta qədər bizim üçün təhdiddir - ABŞ

27-03-2019, 07:39           
Rusiya bu vaxta qədər bizim üçün təhdiddir - ABŞ
Rusiya növbəti 20 il ərzində ABŞ üçün potensial təhdid olaraq qalacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Konqresində çıxışı zamanı ABŞ Quru Qoşunlarının Qərargah rəisi general Mark Milli deyib.

“Əsas təhdid Moskvanın yenidən tarixi təsir sferalarına nəzarəti bərpa etmək, Avropanın iqtisadi, təhlükəsizlik strukturunu öz xeyrinə qurmaq arzusundan irəli gəlir. Rusiya çalışır ki, özünə böyük güc statusunu qaytarsın. Buna görə də Moskva ABŞ-la təkcə Avropada yox, həm də dünyanın digər regionları – Yaxın Şərq, Arktika, Asiya, Afrika və Qərb yarımkürəsində də rəqabət aparmağa çalışacaq. Rusiya NATO-nu parçalamaq və Avropada fikir ayrılığı yaratmaq istəyir”, – deyə o bildirib.

Milli ABŞ üçün növbəti təhdid olaraq Çini göstərib. O, bu ölkələrlə ABŞ arasında birbaşa qarşıdurmanın olmayacağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru