Kolumbiyada əsrarəngiz tapıntı

27-03-2019, 07:58           
Kolumbiyada əsrarəngiz tapıntı
Kolumbiyanın And dağları ilə əhatələnmiş San-Bernardo şəhərindən tapılan qazıntılar dünyanı heyrətə gətirib. Əsrarəngiz tapıntılar qarşısında alimlər aciz qalıb.

Publika.az xəbər verir ki, illər öncə ərazidə baş vermiş daşqın qədim məzarları su üzünə çıxardıb. Qəribədir ki, insan skeletləri və geyimləri əsirlər boyu torpaq altda qalsa da nə əzilib, nə də ovulub.
Arxeoloqlar bildirir ki, bu cəsədlərin mumiyalanmasında elmə və tibbə məlum olmayan çox təbii vasitədən istifadə edilib. Odur ki, cəsədlər olduğu kimi qorunub. Səbəblərdən biri də ərazidə yaşayan insanların qida rasionu ilə bağlıdır. Belə ki, yerli əhali quatila və balu kimi unikal meyvələrlə qidalanırlar. Bundan əlavə coğrafi şərait də böyük əhəmiyyət kəsb edir.

Hazırda cəsədlər muzeydə saxlanılır və tərkibində heç bir dəyişiklik baş vermədiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru