Çin gömrüyü 30 min dünya xəritəsini məhv etdi

27-03-2019, 08:02           
Çin gömrüyü 30 min dünya xəritəsini məhv etdi
Çin gömrük xidmətinin əməkdaşları Tayvanın ayrıca dövlət kimi göstərildiyi və rəsmi Pekinin mövqeyinə əsasən Çin-Hindistan sərhədi ilə bağlı yanlışlığa görə təxminən 30 min xəritəni məhv edib.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, "Global Times" qəzetinin yazdığına görə, yerli şirkətlərdən birinin istehsalı olan xəritələr Çindao şəhərindəki limandan xaricə göndərilməliymiş. Lakin gömrük xidmətinin əməkdaşları xəritələrə baxış keçirərkən qeyd olunan məqamları aşkarlayıblar. Müvafiq orqanların qərarı ilə xəritələr məhv edilib.


Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Çin-Hindistan sərhədi ilə bağlı məsələyə gəlincə qeyd etmək lazımdır ki, rəsmi Pekin Hindistanın nəzarətində olan Arunaçal Pradeş ştatının böyük hissəsinin Cənubi Tibet olduğunu irəli sürərək oranı öz ərazisi hesab edir. Tərəflər arasında bununla bağlı 1962-ci ildə sərhəd müharibəsi də olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru