Fransada gözlənilməz istefalar –Nazir, dövlət katibi və hökumət rəsmisi vəzifələrindən getdi

28-03-2019, 07:34           
Fransada gözlənilməz istefalar –Nazir, dövlət katibi və hökumət rəsmisi vəzifələrindən getdi
Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivo vəziflərindən istefa veriblər.

Bu barədə məlumat Yelisey Sarayının kommünikesində yer alıb.

Onların hansı səbəbdən istefa verdiyi açıqlanmır.

Qeyd edək ki, bir neçə müddətdir yerli KİV Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivonun istefa verəcəyi barədə məlumatlar dərc edirdi/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru