Braziliya Venesuelanı terrorzimə dəstək verməkdə ittiham edib

28-03-2019, 07:40           
Braziliya Venesuelanı terrorzimə dəstək verməkdə ittiham edib
Braziliya Federativ Respublikasının xarici işlər naziri Ernestu Arauju Venesuela hökumətini beynəlxalq cinayətkarlığa və terrorzimə dəstək verməkdə ittiham edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir ölkə parlamentində çıxışı zamanı deyib."Maduro rejimi hər cür cinayət və terror təşkilatı üçün sığınacaq halına gəlib. Sərhədlərimizdə təhlükəsizlik baxımından müsbət olmayan bir vəziyyət mövcuddur. "

Bununla belə nazir, ölkəsinin Venesuelada təhlükəsizlik və sülhün bərqarar olması üçün bütün siyasi və diplomatik səylərdən istifadə etdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.