Tramp Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir

29-03-2019, 09:37           
Tramp Consonu Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın sabiq XİN rəhbəri Boris Consonu bu ölkənin baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin sabiq XİN rəhbərinin baş nazir vəzifəsinə təyin edilməsinin mümkünlüyü barədə sualını cavablandırarkən deyib.

D.Tramp bildirib: "Mənim Boris Consondan çox xoşum gəlir. O, mənim dostumdur".

ABŞ prezidenti "Brexit"in uğurla həyata keçiriləcəyinə ümid etdiyini və Tereza Meyin səylərini dəstəklədiyini də bildirib: "Mey güclüdür, möhkəmdir, o, mübarizə aparır".

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Tereza Meyin mətbuat xidməti bildirib ki, T.Mey öz partiyasından olanlara ölkəsi Avropa İttifaqından çıxdıqdan sonra istefaya gedəcəyini söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru