Suriya hərbi mənbəsi İsrailin Hələbdə hədəfə aldığı obyektin mahiyyətini açıqlayıb

29-03-2019, 11:47           
Suriya hərbi mənbəsi İsrailin Hələbdə hədəfə aldığı obyektin mahiyyətini açıqlayıb
İsrail iki gün öncə Hələbin Şeyx Nəccar bölgəsində 2 hərbi sursat anbarını və bir mülki istehsalat sexini hədəfə alıb

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriya ordusunun hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, İsrail raketləri Hələbin Şeyx-Nəccar bölgəsində iki sursat anbarı ilə yanaşı bir mülki istehsal sexini də hədəfə alıb ki, onlar təmas xəttəində yerləşir.

Bu hadisədə canlı itkilərin olmadığı deyilib.

Suriya hərbi mənbələri bildirib ki, ordu bu hərbi obyektlərdən 2014-cü ildən qruplaşmalara qarşı döyüşlərdə istifadə edirdi.

Lakin müxalifət yönümlü “Suriya İnsan Hüquqları Müşahidə Qrupu” iddia edib ki, İsrailin bu zərbələrində İranın bir hərbçisi və onlarla müttəfiq olan 7 iraqlı və suriyalı hərbçi ölüb.

İran və Suriya mənbələri bu məlumatı təsdiqləməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.