Ukrayna elektromaqnit silahı yaradıb – Hərbi texnikanı sıradan çıxarır…

30-03-2019, 00:03           
Ukrayna elektromaqnit silahı yaradıb – Hərbi texnikanı sıradan çıxarır…
Ukraynanın «Spestexnoeksport» şirkətindən bildiriblər ki, yeni silah güclü elektromaqnit şüalanması yaradır və bu da döyüş silahlarının radioelektron aparatlarını və hərbi texnikanı sıradan çıxardır.

«Müdafiə kompleksi müəssisəsi elektromaqnit silahını işləyib hazırlayıb və istehsalını mənimsəyib. Bu silah növü müxtəlif tipli radioelektron vasitələri, o cümlədən, elektroqidalanma sistemlərini və məlumatların ötürülməsi sistemlərini sıradan çıxartmaq üçün nəzərdə tutulub» – deyə, şirkətdən bildiriblər.

Xəbərdə deyilir ki, elektromaqnit döyüş sursatları həm raketlərdə, həm də pilotsuz uçaqlar da daxil, aviasiya daşıyıcılarında yerləşdirilə bilir.

«Beləliklə, yeni elektromaqnit silah düşmənin strateji əhəmiyyət daşıyan hədəflərinə, o cümlədən, komanda və administrasiya mərkəzlərinə, rabitə qovşaqlarına, elektrostansiyalarına, hava hücumundan müdafiə obyektlərinə və s. qarşı effektiv şəkildə və mülki əhaliyə ziyan vurmadan istifadə oluna bilər» – şirkətdən əlavə ediblər.

Xəbərdə deyilir ki, cari ilin fevral ayında yeni tip silahın ilk partiyası Hindistana göndərilib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru