Meksikada miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər

30-03-2019, 08:18           
Meksikada miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər
Meksika məhkəməsi dörd oğru barəsində uzunmüddətli hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, miqrant oğurluğunda ittiham edilən cinayətkarlar ümumilikdə 6 min ildən çox həbsxana cəzası alıblar. Ölkənin Baş Prokurorluğunun verdiyi məlumatda bildirilir ki, iki cinayətkarın hərəsi 1,87 min il həbsxana cəzasına məhkum edilib, daha iki nəfər 1,7 min il azadlıqdan məhrum olunublar. Onların hərəsi digər cinayətlərinə görə habelə müvafiq olaraq 1,2 min il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, onlar zərərçəkənlərə pul təzminatı da ödəməli olacaqlar.

İstintaq materiallarına əsasən, cinayətkarlar ötən ilin fevralında Matamoros şəhərində (Tamaulipas ştatı) polisin keçirdiyi reydin gedişatında 117 qeyri-leqal miqrantın azad edilməsindən sonra saxlanılıblar.

Tamaulipas ştatı sakinlərin çoxsaylı oğurluq cinayətləri ilə tanınır. Burada xüsusən miqrantlar narkokartellərin qurbanı olurlar.

Hüquq müdafiəçilərinin məlumatına görə, Meksikada il ərzində orta hesabla təxminən 20 min qeyri-leqal miqrant oğurlanır. Adətən cinayətkarlar bir insanın azad olması üçün 2 min dollar tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru