Hezer Nauert ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedib

30-03-2019, 08:20           
Hezer Nauert ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən gedib
Hezer Nauert ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini tərk edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeod özünün "Twitter"-dəki səhifəsində bildirib.

Qeyd edilir ki, o, 1946-cı ildə ABŞ senatoru Ceyms Uilyam Fulbrayt tərəfindən əsası qoyulmuş maarifləndirici "Fulbrayt" Proqramına işə keçib.

"Dövlət Departamentinin mehriban kollektivi adından Hezer Nauertə iki il ərzində mükəmməl və misilsiz işinə görə təşəkkür edirəm. Sən "Fulbrayt" proqramında işləyərək Amerikanı yaxşı təqdim edəcəksən", - deyə o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru