Rusiya Ermənistanda hərbi təlim keçirəcək

30-03-2019, 21:16           
Rusiya Ermənistanda hərbi təlim keçirəcək
Rusiya təyyarəçiləri Ermənistanın Baqramyan poliqonunda aprelin 1-dən 14-dək əməliyyat-taktiki təlimi keçirəcək.

Unikal.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirak edəcək “MiQ-29” qırıcıları Rusiyanın Ermənistandakı Erebuni aviasiya hərbi bazasının ehtiyat aerodromuna yerləşdirilib.

Təlimdə 20-yə yaxın “MiQ-29” qırıcı, 200-dən çox hərbçi və mühəndis-texniki heyət iştirak edəcək.

Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə ikitərəfli təlimin keçirilməsi nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru