Kadırov “İslam qəhrəmanı” titulu və “Yerusəlim ulduzu” ordeni ilə təltif olundu

31-03-2019, 10:35           
Kadırov “İslam qəhrəmanı” titulu və “Yerusəlim ulduzu” ordeni ilə təltif olundu
Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “İslam qəhrəmanı” titulu və “Yerusəlim ulduzu” ordeni ilə təltif olunub.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, mükafatlar R.Kadırova “İslam sülh və mərhəmət carçısıdır” beynəlxalq dini konfransı zamanı təqdim edilib.

Ümumdünya İslam Liqasının baş katibi Məhəmməd Abdulkərim Al-İssa konfransda bildirib ki, Fələstin Dövlətinin başçısı Mahmud Abbas Ramzan Kadırovun “Yerusəlim ulduzu” ordeni ilə təltif edilməsi haqqında qərar qəbul edib.

“İslam sülh və mərhəmət carçısıdır” beynəlxalq dini konfransı Çeçenistanın paytaxtı Qroznıda keçirilir. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edir.

Foruma 43 ölkənin nümayəndələri qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru