Rusiya Belarusa 600 milyon dollar həcmində kredit verəcək

2-04-2019, 08:03           
Rusiya Belarusa 600 milyon dollar həcmində kredit verəcək
Belarus Rusiyaya borcunu qaytarmaq üçün yenidən Moskvadan 600 milyon dollar həcmində kredit alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

O, qeyd edib ki, Belarus həmçinin bütün şərtləri yerinə yetirdiyinə görə aprelin sonunadək Avrasiya sabitlik və inkişaf fondundan növbəti 200 milyon dollar həcmində kredit tranşını ala bilər.

Onun sözlərinə görə, lazımi dövlətlərarası sazişin imzalanması üçün hazırda danışıqlar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru