Düsseldorfda terror hazırlığında olan 10 terrorçu zərərsizləşdirildi

2-04-2019, 08:08           
Düsseldorfda terror hazırlığında olan 10 terrorçu zərərsizləşdirildi
Alman polisi Düsseldorfa hücum planladığı iddia edilən 10 nəfər terrorçudan ibarət qrupu zərərsizləşdirib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, xüsusi polis dəstəsi Qərbi Almaniyada Şimali Reyn Vestfaliya və Baden-Vürtemberq federal əzalətlərinin bəzi şəhərlərində xüsusi əməliyyat keçirib. Cümə günü mart ayının 29-da xüsusi polis bölmələri Essen, Düsseldorf, Vuppertal, Mönxengladbax və Diusburq şəhərlərində, Baden-Vürttembergin və Ulm şəhərində terrora qarşı əməliyyat keçiriblər. Hücum zamanı 10 nəfər həbs olunub. Şübhəli şəxs kimi saxlanılanlardan birinin etnik mənşəyinə görə Tacik olması iddia olunur. Digər şübhəlilərin şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Şübhəli şəxslərin evlərində axtarış aparılıb və partlayıcı maddələr aşkar edilib.
Polis saxlanılan şəxslərin “İslam Dövləti” qrupları ilə əlaqələrini araşdırır. Məlumata görə cinayətdə şübhəli bilinən bəzi şəxsləri hələ də həbs etmək mümükün olmayıb. Onların həbs olunası üçün tədbirlər davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.