Rusiya DİN-in idarə rəisi rüşvətə görə tutulub

2-04-2019, 12:21           
Rusiya DİN-in idarə rəisi rüşvətə görə tutulub
Rusiya DİN-in idarə rəisi rüşvətə görə tutulub

Rusiya Daxili İşlər Nazirliyinin idarə rəisi və əməkdaşı 12 milyon rubl (180 min dollara yaxın) rüşvət aldıqlarına görə tutulublar.

Bunu “Kommersant” yazıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin əməliyyat-axtarış tədbirlərinin təmini üzrə texniki və maliyyə idarəsinin rəisi, polkovnik Sergey Burkov və onun tabeliyində olan Stepan Uvarov qurumun ən məxfi bölmələrindən birinə, əməliyyat-axtarış bürosuna xüsusi texnika alarkən 12 mln. rubl rüşvət almaqda şübhəli bilinirlər.

Rüşvət verən isə “HBM” Açıq Tipli Səhmdar Cəmiyyətin sahibi Vladimir Şerbakovdur. Məhkəmə onun barəsində ev dustağı qətimkan tədbiri seçib. Şerbakovun şirkətinin texniki tədarük üzrə imzaladığı başqa müqavilələri də yoxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru