İRANDA 70 KƏND BOŞALDILACAQ - “ABŞ-ın etdiyi iqtisadi müharibə yox, iqtisadi terrordur”

3-04-2019, 00:00           
İRANDA 70 KƏND BOŞALDILACAQ - “ABŞ-ın etdiyi iqtisadi müharibə yox, iqtisadi terrordur”
İranda iki həftə boyunca davam edən sel fəlakəti nəticəsində təhlükə ilə üzbəüz qalan 70 kəndin boşaldılacağı bildirilib.

İranda mart ayı ərzində yağan leysan yağışlardan sonra yüzlərlə kəndi su basıb, yerli idarə orqanları təbii fəlakətlə mübarizədə gücsüz qalıb.

Gülüstan rayonunda 45 nəfərin həlak olmasına səbəb olmuş sel fəlakəti Huzistan əyalətində də təsirli olmağa başlayıb. Regiondakı Dez və Karkheh çayları daşdıqdan sonra rayon rəhbərliyi həyacan siqnalı verərək 70 kəndin boşaldılmasını əmr edib.

İranın xarici işlər naziri Cavad Zərif ötən saatlarda çıxış edərək, ABŞ-ın embarqosu üzündən ölkəyə yardım edilməsinin çətinləşdiyini və İranı Qızıl Aypara cəmiyyətinin ianə toplaya bilmədiyini söyləyib. Zərif deyib: “Bu, iqtisadi müharibə yox, iqtisadi terrorçuluqdur”.

Ölkədə iki həftə davam edən sel fəlakəti üzündən bir çox bölgədə fövqəladə vəziyyət elan edilib.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru