Delfinlərin nəsli kəsilə bilər

4-04-2019, 17:16           
Delfinlərin nəsli kəsilə bilər
2011-ci ilin əvvəlində bu bölgəyə güclü hərarət dalğası daxil olub.

Yer planetində orta temperatur indiki templə artmağa davam etsə, bütün delfin növlərinin nəsli kəsilə bilər.

Bu barədə TASS Sürix Universitetinin mütəxəsislərinin apardığı araşdırmaya istinadən xəbər verir.

Alimlər Avstraliyanın qərbində yerləşən Şark körfəzində delfinlərin populyasiyasını tədqiq edib və belə bir nəticəyə gəlib ki, istiləşmənin fəsadları okean flora və faunası üçün əvvəl düşünüldüyündən daha ağır olacaq.

2011-ci ilin əvvəlində bu bölgəyə güclü hərarət dalğası daxil olub. Körfəzdə temperatur 4 dərəcə (selsi - red.) qalxıb. 2007-2017-ci illər ərzində delfinlərlə bağlı müşahidələr əsasında toplanmış məlumatların təhlili onu göstərir ki, 2011-ci ildən bəri bu dəniz məməlilərinin sağqalma səviyyəsi 12 faiz aşağı düşüb, körfəzdə isə, ümumiyyətlə, yeni doğulan delfinlərin sayı azalıb.

Tədqiqatçıların fikrincə, temperaturun qalxması bilavasitə delfin populyasiyasına təsir göstərib. Belə ki, hərarətlə əlaqədar delfinlərin cinsi yetkinləşməsi xeyli gecikir.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru