NASA astronavtları Aya raketlərlə göndərəcək

5-04-2019, 08:22           
NASA astronavtları Aya raketlərlə göndərəcək
NASA astronavtları Aya göndərəcək Orion missiyasını Falcon Heavy raketləri ilə həyata keçirməyi nəzərdə tutur.

Bununla bağlı kosmik agentlikdə geniş müzakirələr aparılıb. NASA-nın rəhbəri Cim Braydenstayn bildirib ki, Falcon Heavy raketləri və ICPS (Interim Cryogenic Propulsion Stage) raket nərdivanları 2022-ci ildə astronavtları Aya endirmək üçün ən yaxşı vasitələrdir. Onun sözlərinə görə, bunun üçün Orion kosmik gəmisinin Marsa və Aya uçacaq qədər yanacaqla təmin olunması problemi həll edilməlidir. NASA-nın rəhbəri əlavə edib ki, texniki detalların həlli qarşıdakı 3 ildə ən başlıca vəzifələr olacaq.

NASA-nın rəhbəri Cim Braydenstayn mart ayında keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Mayk Pensi əmin edib ki, missiyanın ilk sınaq uçuşu 2020-ci ildə həyata keçiriləcək, 2022-ci ildə isə Aya pilotlu kosmik gəmi göndərmək mümkündür. O qeyd edib ki, Falcon Heavy raketi maksimal konfiqurasiyada Yerətrafı orbitə 64 ton yük çatdıra bilər.

Amerikanın Lockheed Martin şirkətinin 2014-cü ilin dekabrında hazırladığı Orion kosmik gəmisi ilk uçuşunu həyata keçirib. Raketdaşıyıcının kosmosa ilk uçuşu isə 2020-ci ildə həyata keçiriləcək. (AzərTAc)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru