ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər

5-04-2019, 09:50           
ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər
Amerika Birləşmiş Ştatları 5-ci nəsli “F-35” qırıcı-bombardmançı təyyarələrini tədarük edəcəyi ölkələrin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ müdafiə Nazirliyinin nümayəndəsinin fikirlərinə istinadən məlumat yayıb.

“F-35” qırıcı təyyarələrinin yaradılması proqramına rəhbərlik edən vitse-admiral Mattias Uinter isə bildirib ki, təyyarələrin gələcəkdə potensial xarici alıcıları Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa olacaq.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru