Marşala zərbə: aeroport əldən çıxdı

6-04-2019, 08:02           
Marşala zərbə: aeroport əldən çıxdı
Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun döyüşçüləri Tripolinin cənub-qərbindəki bir neçə rayonu tutub.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

“Hazırda şəhərin küçələri boşalır. Görünür, demək olar ki, bütün sakinlər şəhəri tərk etməyi seçiblər. Artıq bir neçə rayon Liviya Milli Ordusu tərəfindən tutulub”, - Liviya Milli Ordusuna yaxın mənbə bildirib.

Ordudan verilən məlumatda həmçinin hələlik bölgədə qarşıdurmaların yaşanmadığı və sadəcə dəstələrin xırda hücumlar etdiyi qeyd olunub.

Tripoliyə nəzarət edən Milli Razılıq hökuməti ona tabe olan qoşunları döyüş hazırlığı vəziyyətinə gətirib.

***

BMT Baş katibi Antonio Quterreş Liviya ordusunun rəhbəri Xəlifə Haftarın hücumuna rəğmən, Liviyanın paytaxtı Tripolidən Tobruk və Benqaziyə gedəcək.

Bu məlumatı Quterreş öz Tvitter səhifəsində paylaşıb.

“Mən Tripolidən Tobruk və Benqaziyə uçacağam. Mənim hədəflərim əvvəlki kimi qalır. Biz hərbi qarşıdurmadan qaçılmasına çalışırıq. Mən yenidən təkrar edirəm ki, Liviya böhranının hərbi həlli yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Xəlifə Haftarın paytaxtın terrorçulardan təmizlənməsi və şəhərin 48 saat ərzində azad edilməsi ilə bağlı əmr verdiyi bildirilmişdi.

***

Liviya ordusu Tripoli yaxınlığında yerləşən Qaryan şəhərini alıb.

Bunu jurnalistlərə açıqlamasında Qaryan şəhərinin meri Baxul əs Seyid deyib. Onun sözlərinə görə, Qaryan heç bir müqavimətsiz orduya təhvil verilib.

Bundan öncə Tripolinin cənub-şərqi Liviya ordusu tərəfindən ələ keçirilib. Bunun nəticəsində Liviya hökumət üzvlərinin Tripolini tərk edərək, Tunisə qaçdığı xəbəri yayılıb.

***

Liviya Milli Ordusu Tripoli hava limanını nəzarətə götürüb.

Bu barədə orduya yaxın mənbələr məlumat yayıb.

“Tripoli Beynəlxalq Hava Limanı ələ keçirildi. Ətrafında silahlı atışmalar davam edir”, - deyə bildirilib.

***

Liviya Milli Ordusunun (LMO) rəsmi nümayəndəsi Əhməd əl-Mismari bəyan edib ki, şənbə günündən etibarən paytaxt Tripoliyə ən yaxın yaşayış məntəqələri uğrunda döyüşlər başlayacaq.

“Sabah Tripoli yaxınlığında döyüş başlanır”, - deyə o bildirib.

Mismari eyni zamanda Tripoli beynəlxalq hava limanına nəzarətin ələ keçirilməsi xəbərini də təsdiqləyib:

“Hərbi qüvvələr Tripolidən 20 km cənubdadır”.

***

Liviya hökumət qüvvələri Tripoli aeroportuna nəzarəti bərpa edib.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.