Aİ ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru barədəqərarından narahatdır

7-04-2019, 21:52           
Aİ ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru barədəqərarından narahatdır
Avropa İttifaqı (Aİ) ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensudanın vizasını ləğv etməsindən narahatlığını ifadə edib.

ONA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici siyasət xidməti bəyanat yayıb.

F.Bensuda ABŞ ərazisində fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, öz öhdəliyini yerinə yetirməyə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, aprelin 5-də ABŞ F. Bensudanın vizasını ləğv edib. Buna səbəb prokurorun ABŞ hərbçilərinin Əfqanıstandakı cinayətlərinin istintaqını aparmağı planlaşdırması olub.

Aİ isə ümid edir ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi qarşısında öz öhdəliklərini yerinə yetirəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsini bu istintaqı dayandırmağa çağırıb. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, əks halda prokuror və hakimə qarşı sanksiya tətbiq edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru