ABŞ-da bəzi namizədlər seçki kampaniyasının büdcəsini açıqlayıb

8-04-2019, 05:39           
ABŞ-da bəzi namizədlər seçki kampaniyasının büdcəsini açıqlayıb
ABŞ demokratlarının təmsilçisi, Nyu-Cersidən olan senator Kori Buker 2019-cu ilin ilk yarısında qarşıdakı prezident seçkilərində iştirak kampaniyası üçün 5 milyon dollar ianə toplaya bilib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu vəsaitdən əlavə onun senata seçkilər zamanı qənaət etdiyi 4.1 milyon dolları da var ki, bu vəsaiti də Buker əsas seçki təbliğatına xərcləmək niyyətindədir.

Onun digər həmkarı Berni Sandersə gəlincə, o özünün təbliğatına 18 milyon dollar ayıracağını açıqlayıb. Texas Ştatından olan sabiq konqresmen Beto O`Rurk isə mətbuata müsahibəsində 9.4 milyon dollar həcmində təbliğat tədbirləri keçirəcəyini bildirib.

Xatırladaq ki, digər potensial namizədlər hələ seçki büdcələrini açıqlamayıb. Demokratlar partiyasının qurultayı isə 2020-ci ilin 16-20 iyul tarixləri arasında keçiriləcək və namizəd də həmin qurultayda bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru