Yaponiya qırıcıları Rusiya təyyarələrinin QARŞISINI KƏSDİ

8-04-2019, 07:35           
Yaponiya qırıcıları Rusiya təyyarələrinin QARŞISINI KƏSDİ
Tokio hökuməti Yaponiya qırıcılarının Yapon dənizinə daxil olan, Rusiyaya məxsus İL-38 tipli təyyarənin qarşısını kəsdiklərini bildirib.

Qeyd edək ki, İL-38 orta mənzilli hərbi təyyarəsi rəqibin sualtı qayıqlarını məhv eləmək, dəniz kəşfiyyatı, axtarış-xilasetmə işlərini aparmaq üçün nəzərdə tutulub.

Yaponiyanın Müdafiə Nazirliyi tərəfindən verilən bəyanatda Rusiya Müdafiə Nazirliyinə məxsus İL-38 tipli təyyarənin Yapon dənizi üzərində kəşfiyyat işi apardığı bildirilib.

Rusiya təyyarəsinin dəniz üzərində kəşfiyyat uçuşuna başlamasından sonra Yaponiya MN-ə məxsus hərbi təyyarələr onun fəaliyyətinin qarşısını alıblar. Rusiya təyyarəsinin Yaponiya sərhədlərinə daxil olmadığı, kəşfiyyatı dəniz üzərində apardığı, Yaponiya təyyarələrinin isə Rusiya təyyarələrinin öz sərhədlərinə daxil olmasının qarşısını aldığı bildirilib.

Rusiya MN tərəfində Yapon dənizi üzərində uçan təyyarənin təsviri paylaşılıb. Rusiya MN məsələ ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada deyilir: “Bütün uçuşlar digər dövlətlərin sərhədlərini pozmadan hava məkanlarının istifadəsi ilə bağlı bütün beynəlxalq qaydalara uyğun şəkildə həyata keçməkdədir”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.