262 təşkilat qaçqınlara görə Merkelə müraciət edib

9-04-2019, 00:00           
262 təşkilat qaçqınlara görə Merkelə müraciət edib
İnsan hüquqları sahəsində fəaliyyət göstərən 262 ictimai təşkilatın nümayəndəsi Almaniya kansleri Angela Merkelə müraciət edib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, təşkilatlar müraciətlərdində Avropaya gələn qaçqınlara dair siyasəti yenidən nəzərdən keçirilməsini xahiş ediblər.

Belə ki, Angela Merkelə edilən və üç əsas tələb irəli sürülən müraciət sosial şəbəkələrdə yayılıb. Müraciətin təşəbbüskarları arasında “Pro Asyl” və “Sərhədsiz Həkimlər” kimi tanınmış təşkilatlar da var. Həmçinin kilsə xeyriyyə təşkilatları, həmkarlar ittifaqları və s. qurumlar da müraciətə qoşulub.

Məktubda deyilir: “Biz sığınacaq axtaranlara münasibətdə daha şox cəzaya və zorakılığa əsaslanan siyasətdən heyrətlənmişik”.

Hüquq müdafiəçilərinin müraciətində daha çox köç prosesində Aralıq dənizində ölən Liviyadan olan qaçqınlara görə narahatlıq bildirilir.

İlk olaraq müraciət müəllifləri Avropa İttifaqı (Aİ) dövlətlərinə fövqəladə vəziyyətlər üçün fəaliyyət planı hazırlamağı təklif edib. Müraciət müəlliflərinin fikrincə, Aİ-nin müvafiq resurslara malik olan üzv ölkələri Aralıq dənizi ilə sərhəddə olan və ərazi sularında xilasedicilərin qurtarığı və ya ölkəsindən bu yolla xilas olmuş şəxslərə diqqətlə yanaşmalı, sığınacaq verməlidir.

Eyni zamanda müəlliflər qaçqınlar üzrə Avropa Şurasının qəbul etdiyi sənədləri rəhbər tutmağı tövsiyə edib. Hüquq müdafiəçiləri həmin sənədi “Avropa qanunvericiliyinə uyğun dərhal və tətbiq oluna biləcək səmərəli mənbə” adlandırıblar.

Sənəddə eyni zamanda liman və gəmi sahiblərinə müraciət də yer alıb. Müəlliflər hesab edirlər ki, harada olmasından asılı olmayaraq təhlükəsiz sığınacaqların vahid reyesteri olmalıdır. Almaniyada buna artıq start verilib, yerli hökümət və bələdiyyələrin razılığı bununla baglı artıq alınıb.

Bu sığınacaqlarda müraciət edənlərə könüllü olaraq əlavə qoruma axtarışı üçün şərait yaradılmalıdır.
Üçüncü nöqtə Liviyadakı kritik vəziyyətlə əlaqəlidir. Müəlliflər hesab edirlər ki, ölkədəki mövcud vəziyyətə görə, qaçqınların bu ölkəyə köçürülməsi mümkün deyil. Liviyaya dönən qaçqınlar işgəncə və şiddətə məruz qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.