Pensiya fondunun işçisi atasına ayda 2300 DOLLAR TƏQAÜD TƏYİN EDİB

9-04-2019, 08:44           
Pensiya fondunun işçisi atasına ayda 2300 DOLLAR TƏQAÜD TƏYİN EDİB
Rusiyada keçən il yaşlı insanlar ayda orta hesabla 13323 rubl (204 dollar) təqaüd alıb. Pensiya fondunun Voronej şəhərindəki rayon bölmələrindən birinin qadın müdiri atasına bundan 11,5 dəfə çox qazanmaq imkanı yaradıb.
Bununla bağlı vilayət prokurorluğunda cinayət işi açılıb. Müdir vəzifəsindən istifadə edərək, atasının adına ayda 150 min rubl (2294 dollar) təqaüd yazırmış. Fırıldaq üzə çıxanda qadın günahı boynuna alıb və bütün zərəri ödəməyə hazır olduğunu bildirib. Müdir indiyə qədər dövlətə 3,5 milyon rubl (53541 dollar) ziyan vurubmuş.


Rusiya Federasiyasının Pensiya Fondu

İş hazırda araşdırılır. Zərər tam ödənsə də, bu, qadının məsuliyyətini azaltmır.

Keçən ilin noyabrında Rusiyada buna oxşar başqa dələduzluqdan xəbər tutmuşdular. Anasını ölkədən kənarda dəfn edən qadın 15 il onun təqaüdünü alırmış. “İnterpol”un Rusiya nümayəndəliyinə xaricdən ananın hələ 2001-ci ildə öldüyü barədə xəbər daxil olandan sonra qanunsuzluğu aşkar etmişdilər. \\Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru