Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq

10-04-2019, 08:02           
Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq
ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Rusiyaya qarşı sanksiyalar siyasəti öz müsbət nəticələrini verməkdədir.

Report xəbər verir ki, bu fikri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Konqresin Nümayəndələr Palatasının komitəsində keçirilən dinləmələrdə deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

"Sanksiyalar çox vacib alətdir. Hesab edirəm ki, biz bunu Rusiya əleyhinə çox səmərəli istifadə etmişik. Rusiyanı uyğun olmayan davranışlarını dəyişməsi üçün sanksiyalardan istifadə etməyi davam etdirəcəyik", - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru