Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz BƏYANAT:”Bizim heç bir şərtimiz yoxdur”

11-04-2019, 23:19           
Paşinyandan Türkiyə ilə bağlı gözlənilməz BƏYANAT:”Bizim heç bir şərtimiz yoxdur”
Litvanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Egidijus Vareikis Ermənistanın baş naziri Nikol Paşinyana sualla müraciət edib.

Məlumata görə, litvalı parlamentari Ermənistanın yalnız Azərbaycanla deyil, başqa qonşu ölkələrlə də münasibətlərinin yaxşı olmadığını deyərək bunun səbəblərini soruşub.

N.Paşinyan isə cavabında bildirib ki, Ermənistanın Gürcüstan və İranla münasibətləri yaxşıdır: “Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik”. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru