Binyamin Netanyahunun partiyası parlamentdə 36 yer alıb

12-04-2019, 08:03           
Binyamin Netanyahunun partiyası parlamentdə 36 yer alıb
İsraildə keçirilmiş parlament seçkilərində səslərin hamısının hesablanmasından sonra baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi "Likud" partiyası Knessetdə (bu ölkənin parlamenti - red) 36 yer alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailinin dövlət radiosu "Kan" bildirib.

"Likud"un ən yaxın rəqibi "Kaxol-Lavan" seçkilərdə 35 mandata sahib olub.

Daha əvvəl bildirilirdi ki. protokolların hesablanmasından sonra İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans, habelə sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə hər biri 35 deputatla təmsil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru