Alman nazirin qaçqınlarla bağlı təklifi qəbul edilmədi

13-04-2019, 00:00           
Alman nazirin qaçqınlarla bağlı təklifi qəbul edilmədi
Almaniyada deportasiya haqqında sığınacaq axtaranlara xəbər verən şəxslərin həbs edilməsi təklifi qəbul olununmayıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, daxili İşlər naziri Horst Seehofer (CSU) təkilf etdiyi planından qismən geri şəkilməli oldu.

Mərkəzdən saytımıza bildirilib ki, bir müddət əvvəl daxili işlər naziri barəsində deportasiya qərarı çıxarılan şəxsə bu məlumatın çatdırılmasını cinayət məsuliyyəti yaradan əməl kimi cəzalandırılmasını nəzərdə tutan təkliflə çıxış etmişdi.
Seehofer tərəfindən planlaşdırılan “Qayıdış haqqında Qanunda” qaytarılması planlaşdırılan şəxsə qayıdış və onun tarixi haqqında məlumat verən şəxs üçün 3 ilə kimi həbs cəzası nəzərdə tutulması təklifi irəli sürülürdü.
Federal Ədliyyə naziri Katarina Arpa (SPD) və əmək naziri Hubertus Heilin (SPD) təkliflərindən sonra qərara alıb ki, bu məsuliyyət yalnız bu informasiyaya malik və məsul olan dövlət qulluqçusuna tətbiq oluna bilər. Belə məlumatları paylaşdığına görə vətəndaş cəmiyyəti təmsilçilərinə və ya KİV təmsilcilərinə məsuliyyət müəyyən etmək olmaz. Yəni qanun bu hissədə xidməti sirrini yayanlara münasibətdə tətbiq olunacaq.
Seehofer Almaniyada daha səmərəli deportasiya üçün planlaşdırdığı “Qayıdış haqqında qanunda” əhəmiyyətli dərəcədə dəyişikliyə nail olmağa çalışır. Qayıdışla bağlı saxlama müddətinin artırılması da nəzərdə tutulur.
Qayıtmaqla bağlı etibarlı yol sənədi pasport almaq üçün bütün “ağlabatan tədbirləri” qəbul etməyən şəxslərin də gələcəkdə cəzalandırılmasını planlaşdırılır.
Layihəyə görə deportasiya üçün saxlanılanların adi həbsxanalarda qalmasına icazə verilməlidir. Ancaq ölkəni tərk edənlər məhkumlarla birlikdə yerləşdirilə bilməz. Qanun layihəsi gələn həftə Nazirlər Kabinetində müzakirə olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.