Vladimir Putin gəlirlərini açıqlayıb- Bəyannamə

13-04-2019, 00:00           
Vladimir Putin gəlirlərini açıqlayıb- Bəyannamə
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə 8 milyon 648 min 353 rubl (təxminən 134 min dollar) gəlir əldə edib.

ONA-nın məlumatına görə, bu barədə Kremlin saytında prezident tərəfindən gəlirlər, xərclər və mülkiyyətə dair yerləşdirilmiş bəyannamədə deyilir.

Bildirilir ki, ölkə başçısının orta aylıq əmək haqqı 720,7 min rubl (təxminən 11 min dollar) təşkil edib. Bəyannaməyə əsasən prezidentin mülkiyyətinin tərkibində dəyişiklik olmayıb. 77 kv m. mənzil, 18 kv.m. qaraj onun mülkiyyətinə daxildir. Həmçinin 153,7 kv metr mənzil və 18 kv metr qaraj sahəsi də prezidentin istifadəsindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru