Sudanın müdafiə naziri Hərbi Şuranın rəhbəri vəzifəsindən gedib
13-04-2019, 08:12
Sudanın müdafiə naziri Avad bin Auf ölkənin Hərbi Şurasının rəhbəri postundan gedib.
"Report" TASS-a istinadən xəbər verir ki, o bunu Xartumda keçirilən mətbuat konfransında deyib.
İndi bu postu Quru Qoşunları Qərargahının sabiq rəisi, fevral ayında ölkə Silahlı Qüvvələrinin baş müfəttişi təyin olunmuş Əbdül Fəttah əl-Burhan tutacaq.