Hakerlər FTB agentlərinin məlumatlarını ƏLƏ KEÇİRDİLƏR

13-04-2019, 17:32           
Hakerlər FTB agentlərinin məlumatlarını ƏLƏ KEÇİRDİLƏR
ABŞ-ın Federal Təhqiqat Bürosunda xidmət edən 4 min nəfərə yaxın əməkdaşın məlumatlarını hakerlər tərəfindən ələ keçirildiyi aşkara çıxıb.

“Techcrunch” internet saytının yazdığına görə, onlar FTB Milli Akademiyası dərnəyinə məxsus internet saytlarına sızaraq federal agent və asayiş qüvvələrinin əməkdaşlarının şəxsi məlumatlarını oğurlayıblar. Bu məlumatlar arasında əməkdaşların adlarının, ünvanlarının, telefon nömrələrinin və elektron poçt ünvanlarının olduğu bildirilir. Hakerlər 4 min nəfərə yaxın əməkdaşın şəxsi məlumatlarını Ukraynada fəaliyyət göstərən bir internet saytı vasitəsi ilə yayıblar.

İnternet saytına açıqlama verən hakerlərdən biri FTB-dən başqa, ABŞ hökuməti ilə bağlı mindən artıq veb saytına sızaraq 1 milyondan artıq dövlət qulluqçusunun şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. Haker bu məlumatları “qaranlıq veb” adlandırıb və gizli şəkildə anonim alıcılara satmağı planlaşdırdıqlarını bildirib.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.