"Facebook" səhmdarları Sukerberqi istefaya göndərmək istəyirlər

14-04-2019, 09:21           
"Facebook" səhmdarları Sukerberqi istefaya göndərmək istəyirlər
"Facebook" şirkətinin bir neçə səhmdarı illik toplantı zamanı Mark Sukerberqin Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılması və şirkətin strukturunun dəyişdirilməsinin müzakirə olunmasını yenidən təklif ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.

Qəzetin məlumatına görə, şirkət Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyaya baxılmaq üçün göndərilən sənədlərdə səhmdarların illik toplantısının 30 may tarixində keçiriləcəyini bildirib və səhmdarların səsverməyə çıxarılacaq təkliflərini təsdiq edib.

Səhmdarlar tərəfindən müzakirə üçün irəli sürülən 8 təklifdən ikisində söhbət şirkətin strukturunda dəyişiklik və "müstəqil sədr"in təyin edilməsindən gedir.

Nəşr yazır ki, iclas zamanı bu təkliflərin qəbul olunma şansı son dərəcə aşağıdır, çünki "Facebook" onlarla qəti razı deyil və Sukerberqin özü səsvermə səhmlərinin 50%-dən çoxuna sahibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru