Təbii fəlakətin İrana vurduğu ziyan – 7 milyard 619 milyon dollar

15-04-2019, 08:17           
Təbii fəlakətin İrana vurduğu ziyan – 7 milyard 619 milyon dollar
Son günlər İranda müşahidə edilən güclü sel və daşqınların ölkəyə vurduğu maddi ziyannın həcmi açıqlanb.İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzlinin sözlərinə görə, 25 əyalətdə baş verən təbii fəlakət nəticəsində ölkəyə 7 milyard 619 milyon dollar ziyan dəyib.

Azvision.az xatırladır ki, martın 17-dən başlayan leysan yağışlar İranın 31 əyalətindən 25-də böyük dağıntı və tələfata yol açıb.

Sel və daşqınlar Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanda 5, Şimali Xorasan və Kohgiluye-Buyer Əhməddə 3, İlamda 2, Xorasan Rezevi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində 1 nəfər olmaqla, 76 nəfərin ölümünə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.