ABŞ 2018-ci ildə neft ixracını iki dəfə artırıb

16-04-2019, 07:49           
ABŞ 2018-ci ildə neft ixracını iki dəfə artırıb
Birləşmiş Ştatlar 2018-ci ildə neft ixracını iki dəfə artırıb və onu sutkada 2 milyon barelə çatdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın Energetika Nazirliyi yanında İnformasiya İdarəsi məlumat yayıb.

"2018-ci ildə Amerika neftinin ixracı sutkada 2 milyon barelə qədər artıb ki, bu da 2017-ci ilin sutkada 1,2 milyon barel göstəricisini iki dəfəyə yaxın üstələyir", - deyə İdarənin açıqladığı sənəddə qeyd olunub.

Nazirlikdən bildiriblər ki, ötən il ABŞ dünyanın 42 ölkə və ərazisinə neft ixrac edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru