ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb - FOTO - VİDEO

17-04-2019, 04:28           
ABŞ-da silahlı qıza görə 22 məktəb bağlanıb - FOTO - VİDEO
ABŞ-ın Kolorado ştatında azı 22 məktəb silahlı qızın yaratdığı təhlükəyə görə müvəqqəti olaraq bağlanıb.

"Report" xəbər verir ki, bu barədə NBC bildirib.

"Koloradoda "Columbine High School" da daxil olmaqla, ən azı 22 məktəb müvəqqəti bağlanıb. Federal Təhqiqat Bürosu və ştat hakimiyyəti "fövqəladə təhlükəli" kimi qeyd edilən 18 yaşlı qızı axtarır", - deyə telekanal bildirib.

Polis şerifi Mayk Taplinin ofisinin nümayəndəsi bildirib ki, həmin şəxs 18 yaşlı Sol Paisdir. O, ştata gəlib və Denver şəhəri ərazisindəki məktəbi təhdid edib. Polis nümayəndəsinin sözlərinə görə, qız silahlıdır və fövqəladə dərəcədə təhlükəlidir.

Daha əvvəl ABŞ-ın Filadelfiya şəhərində sürücü avtomobili qəsdən piyadaların üstünə sürüb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.