250-dən çox şəxs saxta məlumatlar hesabına Almaniya vətəndaşlığını alıb
17-04-2019, 07:30

Almaniya şəxsi məlumatları haqqında yalan informasiya verən şəxslər üçün vətəndaşlıqdan məhrumetmə dövrünü ikiqat artıracaq. Bu barədə “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a məlumat verilib.
Almaniyanın Daxili İşlər Nazirliyi bu müddəti 5 ildən 10 ilədək artırmağı planlaşdırır ki, bu müddət ərzində də yanlış məlumatlar əsasında vətəndaşlıq əldə etmiş vətəndaşların pasportlarından məhrum edilməsi mümkündür.
Almaniya hökuməti vətəndaşlıq alındıqda saxta məlumatlar verən immiqrantların vətəndaşlıqdan məhrumetmə müddətini iki dəfə artırmağı planlaşdırır. Almaniya Federal Respublikası Daxili İşlər Nazirliyinin „Vətəndaşlığı haqqında“ qanuna dəyişiklik və düzəlişlə bağlı təkliflərini payızın əvvəlindən gec olmayaraq parlamentə təqdim etməyi planlaşdırır. Bu barədə aprelin 14-də DİN-in təmsilçisi Helmut Teichmann dpa-ya bildirib.
Hazırda qüvvədə olan qanunlara görə , vətəndaşlıq verildikdən beş il sonrakı müddətdə Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları saxta məlumatlar əsasında Alman pasportunu almış şəxslərdən vətəndaşlığı geri almaq hüququna malikdir. İndi isə bu müddətin on ilədək artırılması planlaşdırılır.
2018-ci ildə bir sıra federal dövlətlərin səlahiyyətli orqanları Almaniyanın Daxili İşlər Nazirliyinin sorğusunu cavablayan zaman müəyyən edilib ki, son 5 ildə ölkə vətəndaşlığına qəbul olunmuş şəxslərdən 250-dən çoxu saxta məlumatlardan istifadə etməklə vətəndaşlıq əldə ediblər.
Son 20 ildə Alman məhkəmələrində Türkiyədən sənədsiz gəlmiş və özünü livanlı kimi təqdim edən çoxsaylı şəxslərə vətəndaşlıq verilməsi ilə bağlı iddialara baxılmış və bu əsaslarla da onlara vətəndaşlıq verilmişdir.